Aİ Gürcüstanda yeni layihələrin həyata keçirilməsinə 38 milyon avro ayıracaq

Region
  • 16 oktyabr, 2026
  • 16:00
Aİ Gürcüstanda yeni layihələrin həyata keçirilməsinə 38 milyon avro ayıracaq

Avropa İttifaqı (Aİ) 2026-cı ildə Gürcüstanda yeni layihələrin həyata keçirilməsinə 38 milyon avro ayıracaq.

"Report" xəbər verir ki, bu barədə Gürcüstanın "InterPressNews" agentliyi Aİ-nin Tbilisidəki nümayəndəliyinə istinadən məlumat yayıb.

Nümayəndəlikdən bildirilib ki, 1992-ci ildən bəri Avropa İttifaqı Gürcüstanda kənd təsərrüfatının inkişafı, sahibkarlığın dəstəklənməsi və nəqliyyat infrastrukturunun modernləşdirilməsi də daxil olmaqla, müxtəlif layihələrə 2 milyard avrodan çox investisiya yatırıb.

Lakin bəyanata görə, Aİ bundan sonra vəsaitləri dövlət orqanlarını birbaşa maliyyələşdirmədən, yalnız ayrı-ayrı layihələrin həyata keçirilməsinə yönəltmək barədə qərar qəbul edib.

Nümayəndəlikdən qeyd edilib ki, ayrılan vəsaitlər əhalinin dəstəklənməsinə, regionların inkişafına və sosial-iqtisadi təşəbbüslərin həyata keçirilməsinə yönəldiləcək.

"2026-cı ildə Avropa İttifaqı bütün Gürcüstan üzrə ailələrin və yerli icmaların həyatında real müsbət dəyişikliklərə kömək etməyə davam etməklə, yeni layihələrin həyata keçirilməsi üçün 38 milyon avro ayıracaq", - məlumatda bildirilib.

44 - Tezliklə