Rusiyalı həmsədr: “Azərbaycan və Ermənistanın XİN başçılarının görüşünü təşkil etməyə hazırıq”
- 01 fevral, 2017
- 10:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 fevral. REPORT.AZ/ “ATƏT-in Minsk qrupunun həmsədrləri Münhendə keçiriləcək təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünü təşkil etməyə hazırdır”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik edən ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.
Onun sözlərinə görə, həmsədrlər görüşlə bağlı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Edvard Nalbandiyanla ayrı-ayrılıqda məsləhətləşmək barədə razılığa gəliblər: “Əgər nazirlər maraqlı olsalar, onda biz onların görüşünü təşkil etməyə hazırıq”.
Qeyd edək ki, 53-cü illik Münhen Təhlükəsizlik Konfransı fevralın 17-19-da keçiriləcək.