Milli Məclis sədrinin müavini: "Qarabağda separatçılıq olmasaydı, oradakı əhali Azərbaycanın tərkibində çox yaxşı yaşayardı"
- 07 may, 2018
- 13:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 may. REPORT.AZ/ “Dağlıq Qarabağda, Abxaziyada, Osetiyada münaqişələr həll edilərsə, vəziyyət tamamilə yaxşı olar. Sovet dövründə Dağlıq Qarabağın sosial-iqtisadi vəziyyəti qənaətbəxş idi. Qarabağ yüksək səviyyədə inkişaf etmiş əraziyə çevrilə bilər”.
“Report”un xəbərinə görə, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasında Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib.
O bildirib ki, Dağlıq Qarabağda separatçılıq olmasaydı, Azərbaycanın tərkibində yüksək səviyyədə inkişaf edər və əhali çox yaxşı şəraitdə yaşayardı: “Qondarma Dağlıq Qarabağ Respublikasının rəhbərliyi elan edir ki, orada 41 min nəfər seçici var, amma ordunun təlimində qeyd edirdilər ki, təlimlərdə 44 min hərbçi iştirak edib. Bu necə ola bilər?”.