Gürcüstanlı jurnalist və bloqerlər Xankəndiyə səfər ediblər
Qarabağ
- 03 sentyabr, 2026
- 18:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Gürcüstandan gələn bir qrup jurnalist və bloqer Xankəndi şəhərinə səfər edib.
"Report"un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, qonaqlar ilk olaraq Zəfər meydanını ziyarət ediblər.
Buradan şəhərin mənzərəsini seyr edən nümayəndə heyətinə ətrafdakı binalar və ərazi haqqında ətraflı məlumat verilib.
Daha sonra Zəfər parkına yollanan qonaqlar 44 günlük Vətən müharibəsinə həsr olunmuş memorial komplekslə tanış olublar.
Səfər çərçivəsində Zəfər tağına qalxan media mənsubları burada yaradılan muzeyi gəziblər. Sonda isə tağın zirvəsindən Xankəndi şəhərinin panoramik mənzərəsini seyr ediblər.
Son xəbərlər
06:22
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Region
05:44
Türkiyədə qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatıb - Yenilənib
Region
05:16
Tramp Lindsi Qrem qanununa əsasən Rusiyaya sanksiya tətbiq etməyib
Digər ölkələr
04:57
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1 500 hərbçi göndərəcək
Digər ölkələr
04:31
Aİ Arktikada ABŞ və Rusiyaya qarşı mübarizə üçün proqrama başlamaq niyyətindədir
Digər ölkələr
03:47
Sankt-Peterburqda beş nəfər meymunçiçəyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib
Region
03:23
KXDR yeni süni intellektə əsaslanan torpedasını sınaqdan keçirib
Digər ölkələr
03:17
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
Digər ölkələr
02:54
Hindistanda süni intellekt agentləri bir neçə şirkətin sistemlərinə haker hücumu ediblər
İKT