AŞPA prezidenti: "Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönələn istənilən fəaliyyəti dəstəkləməyə hazırıq" - EKSKLÜZİV

Qarabağ
  • 29 yanvar, 2018
  • 05:27
AŞPA prezidenti: Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönələn istənilən fəaliyyəti dəstəkləməyə hazırıq - EKSKLÜZİV
AŞPA-nın prezidenti Mikele Nikoletti
Report

Strasburq. 29 yanvar. REPORT.AZ/ "Mənim Dağlıq Qarabağ münaqişəsinə münasibətim Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mövqeyi ilə üst-üstə düşür. AŞPA Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində fəaliyyət göstərən beynəlxalq təşkilatların, habelə BMT-nin, ATƏT-in Minks qrupunun roluna hörmətlə yanaşır". 

Bunu "Report"un Qərbi Avropa bürosuna açıqlamasında AŞPA-nın yeni prezidenti Mikele Nikoletti bildirib.

O qeyd edib ki, AŞPA Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş istənilən fəaliyyəti dəstəkləməyə hazırdır: "Mən Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunacağına ümüd edirəm".  

M.Nikoletti Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətinə də toxunub. O vurğulayıb ki, azərbaycanlı deputatlar Parlament Assambleyası çərçivəsində yüksək fəallıq nümayiş etdirirlər: "AŞPA üçün hesabatların hazırlanmasında Azərbaycan nümayəndə heyətinin üzvləri çox aktiv fəaliyyət göstərirlər və mən onların hesabatlarını çox qiymətləndirirəm. Biz Azərbaycan nümayəndə heyətinin üzvləri ilə sıx qarşılıqlı dialoq şəklində fəaliyyət göstəririk".