Xalid Fəthəlrəhman: VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu problemlərin həlli üçün platforma olacaq
- 26 oktyabr, 2026
- 12:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda baş tutacaq VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir çox ölkələri narahat edən problemlərin həlli üçün platforma olacaq
"Report" xəbər verir ki, bunu İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Sivilizasiyalararası Dialoq Mərkəzinin direktoru, səfir Xalid Fəthəlrəhman VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, forum çərçivəsində əsas problemlərin həlli üçün qısa yollar tapılacaq:
"Bundan 6 il öncə Prezident İlham Əliyev də səsləndirmişdi ki, Azərbaycan multikulturalizm meydanı kimi tanınacaq. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da məhz buna şərait yaradacaq. Müxtəlif ölkələrdən nümayəndələrin bir araya gəldiyi bu forum şübhəsiz ki, fərqli mövzularda mövcud olan problemlərin həllinə öz töhfəsini verəcək".
X.Fəthəlrəhman Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqi və beynəlxalq əməkdaşlığın inkişafı sahəsində mühüm mərkəzə çevrildiyini vurğulayıb:
"VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas xüsusiyyəti ardıcıllıqdır. Bu ardıcıllıq Bakı Prosesinin sistemli şəkildə irəliləməsini və müxtəlif istiqamətlər üzrə həyata keçirilən fəaliyyətlərin bir-biri ilə əlaqələndirilməsini təmin edir. Forum üç əsas prinsipə əsaslanır. Bunlardan birincisi qlobal problemlərin həllində dialoqun mühüm vasitə kimi rolu, ikincisi qarşılıqlı anlaşma və əməkdaşlığın inkişafında multikulturalizmin əhəmiyyəti, üçüncüsü isə sülh və təhlükəsizliyin ortaq qlobal məqsədlər kimi qəbul edilməsidir".