Ramil Qasımov Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə təyin edilib
Mədəniyyət siyasəti
- 04 aprel, 2025
- 17:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə iki təyinat olub.
"Report"un əldə etdiyi məlumata görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Gəncə Dövlət Filarmoniyasının direktoru Ramil Adıgözəl oğlu Qasımov vəzifəsindən azad olunub.
O, nazirin başqa əmri ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə təyin edilib.
Nazir Adil Kərimlinin bir başqa əmri ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini Hüseyn Akif oğlu Hüseynov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə təyinat alıb.
Hər iki təyinatı Mədəniyyət Nazirliyindən "Report"a təsdiq ediblər.
Son xəbərlər
08:26
Senatda demokratların lideri İranla müharibəni başa çatdıracağına söz verib
Digər ölkələr
08:08
Paraqvay parlamenti prezidentin impiçmenti təşəbbüsünü müzakirə edəcək
Digər ölkələr
08:00
Cənubi Koreya XİN: ABŞ-la birgə hərbi təlimlər sırf müdafiə xarakteri daşıyır
Digər ölkələr
07:52
Türkmənistan Prezidenti "Şimal-Cənub" dəhlizi çərçivəsində yeni avtomobil yolunu açıb
İnfrastruktur
07:38
Bakının iki rayonunda işıq kəsiləcək
Energetika
07:04
Yaponiya kütləvi məlumat sızmalarına qarşı xüsusi qrup yaradacaq
Digər ölkələr
06:37
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
Digər ölkələr
06:13
Şimali Koreyada yeni HHM kompleksi sınaqdan keçirilib
Digər ölkələr
05:41
Qızılın qiyməti 4 100 dolları ötüb
Maliyyə