Vüsal Xəlilov: "Mərkəzi Asiya ilə ödəniş sistemlərinin inkişafında maraqlıyıq"
- 30 oktyabr, 2026
- 12:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Asiya ölkələri ilə ödəniş sistemlərinin inkişafında maraqlıdır.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunu qurumun sədr müavini Vüsal Xəlilov Düşənbə şəhərində keçirilən "Mərkəzi Asiya və Azərbaycan mərkəzi banklarının ödəniş sistemlərinin inkişafına dair 4-cü regional görüşü"ndə bildirib.
Tədbirdə çıxış edən sədr müavini Azərbaycanda ödəniş sektorunun müasirləşdirilməsi, milli ödəniş infrastrukturunun dayanıqlılığının və səmərəliliyinin artırılması, müasir ödəniş həllərinin tətbiqinin genişləndirilməsi istiqamətində görülən işlər, eləcə də nəzarət prosesində süni intellektin tətbiqinə dair ölkə təcrübəsi barədə məlumat verib.
O, həmçinin region ölkələri arasında təcrübə mübadiləsinin və əməkdaşlığın dərinləşdirilməsinin ödəniş sistemlərinin inkişafı, qarşılıqlı inteqrasiyası və innovativ həllərin tətbiqi baxımından əhəmiyyətini vurğulayıb.