Türkiyə bankı COP31-ə qədər dayanıqlı şəhərlərin maliyyələşdirilməsi üzrə yeni alət təqdim edəcək

Maliyyə
  • 20 may, 2026
  • 13:34
Türkiyə bankı COP31-ə qədər dayanıqlı şəhərlərin maliyyələşdirilməsi üzrə yeni alət təqdim edəcək

Türkiyənin dövlət inkişaf və investisiya bankı (ILBANK) şəhərlərin dayanıqlığının təmin edilməsinə yönəlmiş və təqdimatı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) keçirilməsinə qədər planlaşdırılan yeni maliyyə alətinin yaradılması ilə məşğuldur.

"Report" xəbər verir ki, bu barədə ILBANK qrupunun direktoru Şevket Altuğ Taşdemir Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutan "Qlobal Mənzil Maliyyələşdirməsindən Yerli Əlverişli Mənzil Fəaliyyətinə: Qlobal İnkişafdan və Submilli Maliyyədən İstifadə" adlı panel müzakirəsində bildirib.

"Şəhər dayanıqlığının davamlı maliyyələşdirilməsi aləti (SURF) şəhər layihələrinin planlaşdırılması, maliyyələşdirilməsi və həyata keçirilməsi proseslərini vahid bir sistemdə birləşdirəcək və Türkiyədə keçiriləcək COP31-də təqdim olunacaq.

ILBANK artıq bu təşəbbüs çərçivəsində tərəfdaşlıqla bağlı beynəlxalq inkişaf bankları və bank olmayan kredit təşkilatları ilə danışıqlar aparır. SURF-un əsas vəzifəsi layihələrin hazırlanması məqsədilə potensialın artırılmasında şəhərlərə kömək etməkdən və iqlim maliyyələşdirilməsinin cəlb olunması prosesini sürətləndirməkdən ibarətdir", - Ş.Taşdemir qeyd edib.

44 filmi