“Standard Insurance”a məxsus əmlakın satış qiyməti 2 dəfə azaldılıb

Maliyyə
  • 13 dekabr, 2021
  • 09:23
“Standard Insurance”a məxsus əmlakın satış qiyməti 2 dəfə azaldılıb

Ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin Ləğvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzilin satışı ilə bağlı növbəti hərrac keçiriləcək.

Bu barədə “Report”a “Standard Insurance”ın ləğvetmə komissiyasından məlumat verilib.

Hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən 23 dekabr 2021-ci il tarixində saat 11:00-da (növbəlilik qaydasında) Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir. Hərraca çıxarılan predmetin satış qiyməti: 977,5 min manat, behin məbləği: 9,775 min manatdır.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:

Daşınmaz əmlak növü

Ünvanı

Ümumi sahəsi

Hərrac qiyməti

AZN

Beh

AZN

Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20

56.6 м²

977 500

9 775

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49

46.5м²

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50

52.7 м²

Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65

114.7 м²

Xatırladaq ki, əmlak ilkin olaraq 2 milyon manata şatışa çıxarılıb.

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək münkündür:

https://birjanews.az/herrac-elanlar/91

Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.