Rusiyada dolların qiyməti 58 rublu keçib
Maliyyə
- 04 may, 2017
- 12:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 may. REPORT.AZ/ Rusiyada ABŞ dollarının nağd satış qiyməti 58 rublu keçib.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb dünya bazarında "Brent" markalı neftin qiymətinin 50 dollar/barreldən aşağı düşməsidir.
Bununla yanaşı Rusiya hökumətinin və Mərkəzi Bankın son bəyanatlarında rublun həddindən artıq ucuzlaşmasına qarşı olmaları ilə bağlı açıqlamalar dolların bahalaşmasına təsir edib.
Qeyd edək ki, Rusiyada dolların məzənnəsi sonuncu dəfə bu il martın 22-də 58 rublu üstələyib. "Report"un analitik qrupu bildirir ki, yaxın günlərdə RUB/USD nisbəti 60-a qədər arta bilər. Lakin neftin tədricən bahalaşması ilə qiymətin yenidən 55-56 rubl səviyyəsinə düşməsi mümkündür.
Son xəbərlər
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region