Rusiyada dollar 60 rubldan aşağı düşüb
Maliyyə
- 05 yanvar, 2017
- 11:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 yanvar. REPORT.AZ/ Rusiyada ABŞ dollarının məzənnəsi bu dəqiqələrdə psixoloji hədd sayılan 60 RUB/USD-dən aşağı düşüb.
"Report" xəbər verir ki, buna səbəb neftin qiymətinin 57 dollar/barelə yaxınlaşması və Rusiyaya investisiya həcminin artması amilləri olub.
Qeyd edək ki, Rusiyada dollar ən son 2015-ci il iyulun 31-də 60 rubldan aşağı satılıb. Analitiklər dolların bir qədər də ucuzlaşması halında Rusiya Mərkəzi Bankının valyuta bazarına alıcı qismində müdaxilə edəcəyini istisna etmirlər. Belə ki, dolların ucuzlaşması ölkənin ixrac potensialına zərbə vura bilər. Hazırda isə dolların məzənnəsi 59,75 RUB/USD-yə bərabərdir.
Son xəbərlər
02:00
Çempionlar Liqası: "Mançester Siti" çətin qələbə qazanıb, "Komo" səfərdə 9 qolla qalib gəlib
Futbol
01:54
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub - Yenilənib-7
Futbol
01:16
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
Digər ölkələr
01:05
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr
00:53
"Benfika" FIBA Avropa Kubokunda "LANDAU Lions"a qalib gəlib
Komanda
00:35
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
Digər ölkələr
00:09
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır
Digər ölkələr
23:52
Ukrayna Brüsseldə tərəfdaşları ilə müharibədən sonrakı bərpa planını müzakirə edib
Digər ölkələr
23:31
Naxçıvanda ilk dəfə torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı həyata keçirilib
Sağlamlıq