Qazaxıstanın mikromaliyyə sektorunda portfelin həcmi açıqlanıb

Maliyyə
  • 28 oktyabr, 2026
  • 12:00
Qazaxıstanın mikromaliyyə sektorunda portfelin həcmi açıqlanıb

Qazaxıstanda mikromaliyyə sektorunun portfeli 1,7 trilyon (təxminən 3 milyard 723 milyon ABŞ dolları) təngəyə çatıb.

"Report" xəbər verir ki, bunu Qazaxıstan Mikromaliyyə Təşkilatları Assosiasiyasının (AMFOK) Şura sədri Yerbol Omarxanov "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkil etdiyi, Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında bildirib.

Onun sözlərinə görə, Qazaxıstanda mikromaliyyə təşkilatlarının tənzimlənməsinin təkamülü miqyas baxımından əhəmiyyətli olaraq qalır: "Ötən ilin iyulun 1-nə olan məlumata görə, Qazaxıstanda 214 lisenziyalı mikromaliyyə təşkilatı qeydiyyata alınıb. Onların ümumi portfelinin həcmi 1,7 trilyon təngə, ümumi kredit portfelinin həcmi isə 1,5 trilyon təngə təşkil edir. Bu göstəricilər mikromaliyyə sektorunun mühüm rolunu nümayiş etdirir".

Y. Omarxanov bildirib ki, yeni model pozuntuların başvermə riskini minimuma endirməyə yönəlib: "İlk növbədə, formal yanaşmadan məhsulun keyfiyyətinin idarə edilməsinə keçid baş verir. Həmçinin, nəzarətin məhdudlaşdırılmasına dair nümunə göstərilir. Bu yanaşmaya əsasən, maliyyə məhsulunun keyfiyyəti onun hazırlanmasından monitorinqinə qədər bütün həyat dövrü ərzində qiymətləndirilir".

O qeyd edib ki, uğurlu məhsul yalnız bazarda mövcud olan məhsul demək deyil: "Mikromaliyyə təşkilatları istehlakçılar üçün yaratdıqları dəyəri və faydanı da müəyyən etməlidirlər. Vicdanlılıq mikromaliyyə təşkilatının keyfiyyətli fəaliyyətinin əsas meyarlarından birinə çevrilir."

44 filmi