"International Leasing"in səhmlərinə 3 investor maraq göstərib
Maliyyə
- 05 oktyabr, 2026
- 15:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "İnternational Leasing" ASC-nin 1 milyon manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə "Report"a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 50 manat olan 20 000 ədəd səhm abunə yazılışı üsulu ilə investorlara təklif olunub. Hərraca 3 investor 1 milyon manatlıq 3 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Bununla da, "International Leasing"in nizamnamə kapitalı 1 milyon manat və yaxud 2 dəfə artaraq 2 milyon manata çatıb.
Son xəbərlər
15:32
Azərbaycan tomat ixracından gəlirini 10 %-ə yaxın artırıb
Biznes
15:30
Qusev: Azərbaycan "Həmrəylik enerjisi" çərçivəsində Ukraynaya 20-yə yaxın generator verib
Xarici siyasət
15:25
Hikmət Hacıyev: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir
Digər
15:19
Prezidentin köməkçisi: Süni intellekt dövründə həqiqətin tapılması daha ciddi çağırışla üz-üzədir
Media
15:17
Foto
İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub
Daxili siyasət
15:17
Qarabağ və Şərqi Zəngəzurda 100-dən çox kənd və qəsəbənin ərazi planlaşdırılması başa çatdırılıb
İnfrastruktur
15:15
Azərbaycan Seneqalla enerji sahəsində əməkdaşlığı müzakirə edib
Energetika
15:13
Hikmət Hacıyev: Sülh sazişi tək kağız üzərində olmamalıdır
Xarici siyasət
15:09
Bakıda "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiya keçirilir
Media