ING: AMB-nin valyuta ehtiyatları bu il 18,6 milyard dollara çatacaq

Maliyyə
  • 22 oktyabr, 2026
  • 15:53
ING: AMB-nin valyuta ehtiyatları bu il 18,6 milyard dollara çatacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2026-cı ildə 18,6 milyard ABŞ dollarına çatacaq.

Bu barədə "Report" Niderlandın ən böyük bank qrupu olan "ING Group"a istinadən xəbər verir.

Məlumata əsasən, 2027-ci ildə valyuta ehtiyatlarının həcmi 17,6 milyard ABŞ dollarına, 2028-ci ilə qədər isə 15,6 milyard ABŞ dollarına qədər azalacaq.

İdxalın ehtiyatlar hesabına örtülməsi göstəricisi 2026-cı ildə 12,8 aya uyğun olacaq, 2027-ci ildə 12,1 aya, 2028-ci ildə isə 10,3 aya qədər azalacaq.

Bu il sentyabrın 30-na olan məlumata görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 15,363 milyard ABŞ dolları səviyyəsində qeydə alınıb. Bu, ilin əvvəli ilə müqayisədə 33,4 %, son bir ildə isə 35,8 % çoxdur.

44 filmi