Hesablama Palatasının auditorunun vaxtı uzadılıb

Maliyyə
  • 23 oktyabr, 2026
  • 11:45
Hesablama Palatasının auditorunun vaxtı uzadılıb

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının auditoru Hafiz Mahir oğlu İsmayılbəylinin səlahiyyət müddətinin uzadılmasına qərar verilib.

"Report" xəbər verir ki, o, parlamentin 22 oktyabr 2019-cu il tarixli qərarına əsasən auditor təyin edilib, eyni zamanda Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisidir.

Hazırda Palatanın 5 auditoru var.