"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Maliyyə
- 06 oktyabr, 2026
- 11:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi 2026-cı ildə Azərbaycanda orta illik inflyasiya səviyyəsinin 6,1 %-ə çatacağını gözləyir.
"Report" xəbər verir ki, bunu "Fitch Ratings"in baş direktoru, Şərqi Avropa suveren reytinqləri qrupunun rəhbəri Erik Arispe Morales (Erich Arispe Morales) Bakıda keçirilən "Fitch on Azerbaijan 2026" çərçivəsində bildirib.
"Sonrakı illərdə inflyasiyanın azalması - 2027-ci ildə 5,6 %-ə, 2028-ci ildə isə 4,9 %-ə qədər enməsi gözlənilir", - E.Morales qeyd edib.
Onun proqnozlarına görə, 2026-cı ildə Azərbaycanın cari əməliyyatlar hesabının profisiti ÜDM-in 10,9 %-ni təşkil edəcək. 2027-ci ildə bu göstərici ÜDM-in 6,2 %-nə, 2028-ci ildə isə ÜDM-in 2,1 %-nə qədər azalacaq.
Son xəbərlər
18:39
Foto
Binə Atçılıq Mərkəzində cıdır mövsümünə yekun vurulub
Fərdi
18:21
El-Ninyo Kaliforniya sahillərinə tropik balıqları, köpəkbalıqlarını və dəniz ilanlarını gətirib
Digər ölkələr
18:17
Anthropic: Süni intellekt ABŞ iqtisadiyyatını 2030-cu ilədək 44 trilyon dollara çatdıra bilər
Digər ölkələr
17:56
Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib
Sənaye
17:53
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə qalib gəlib
Futbol
17:45
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Hadisə
17:43
Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Biznes
17:31
Azərbaycanda 9 ayda avtomobil nəqliyyatı ilə 1,8 milyarda yaxın sərnişin daşınıb
İnfrastruktur
17:29
Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar
Digər ölkələr