"Embafinans" BOKT-un istiqrazlarına 151 investor maraq göstərib

Maliyyə
  • 28 oktyabr, 2026
  • 15:13
Embafinans BOKT-un istiqrazlarına 151 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Embafinans" QSC bank olmayan kredit təşkilatının (BOKT) 7 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının 4 milyon manatlıq ilk tranşının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report" bu barədə birjaya istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 40 000 ədəd istiqraza 151 investor ümumi məbləği 4 milyon manat olan 166 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 12 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 13 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.

44 filmi