Azərbaycanın bank sektorunun aktivləri 28 mlrd. manata yaxınlaşıb

Maliyyə
  • 04 may, 2018
  • 12:13
Azərbaycanın bank sektorunun aktivləri 28 mlrd. manata yaxınlaşıb

Bakı. 4 may. REPORT.AZ/ Bu il aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27,9 mlrd. manat, cəmi öhdəlikləri isə 24 mlrd. manat təşkil edib. 

"Report"un Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi xəbərə görə, sektorun balans kapitalı 3,9 mlrd. manat, əhalinin əmanətləri isə 7,6 mlrd. manat olub. 

2018-ci ilin mart ayı ərzində bank sektorunun aktivləri 2,1% (591 mln. manat), öhdəlikləri 2,3% (576 mln. manat), kapitalı isə 0,4% (15 mln. manat) artıb.