Azərbaycanda ötən il bank sektorunun sağlamlaşdırılması üçün 900 mln. manat kapital inyeksiyası həyata keçirilib

Maliyyə
  • 05 mart, 2018
  • 11:19
Azərbaycanda ötən il bank sektorunun sağlamlaşdırılması üçün 900 mln. manat kapital inyeksiyası həyata keçirilib

Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycanda bank sektorunun sağlamlaşdırılması istiqamətində bankların səhmdarları 2017-ci ildə 900 mln. manat məbləğində kapital inyeksiyası təmin edib.

“Report”un verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir. 

Sənədə əsasən, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin restruktizasiyası prosesi tamamlama mərhələsinə çatıb. Bankın 2,4 mlrd. dollarlıq xarici borc öhdəliklərinin restruktizasiyası prosesləri tamamlanıb, habelə 2017-ci ildə 2,7 mlrd. dollar həcmində toksik aktiv “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına ötürülüb.

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasında müzakirə ediləcək.