Azərbaycanda lisenziyasız investisiya şirkəti ləğv olunur
Maliyyə
- 14 iyun, 2023
- 07:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Novocapital İnvestisiya Şirkəti” QSC ləğv olunduğunu elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 15 A, mənzil 1 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Novocapital İnvestisiya Şirkəti” ötən ay yaradılıb. Onun nizamnamə kapitalı investisiya şirkətləri üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə Həmdulla Natiq oğlu Əzizovdur. Maliyyə qurumu Azərbaycan Mərkəzi Bankından lisenziya almayıb.
Son xəbərlər
12:20
Azərbaycan millisinin iki oyun üçün heyəti açıqlanıb
Futbol
12:19
Lotereya və mərc oyunlarına alternativ vergi rejimi tətbiq ediləcək
Biznes
12:17
Nicat İmanov: "ƏDV depozit hesablarına müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək"
Biznes
12:16
Əhliman Əmiraslanov: Gələn il süni ilik transplantasiyası limiti 20-dən 50-yə qaldırılır
Sağlamlıq
12:14
"Mingəçevir" 3000 manat cərimələnib, komandaya texniki məğlubiyyət verilib
Futbol
12:14
Vergi ödəyicilərini maliyyə sanksiyalarından qoruyacaq yeni xidmət istifadə olunacaq
Maliyyə
12:12
Azərbaycanda 16 ailə yaxınlarının ölümlərindən sonra orqanlarının bağışlanmasına razılıq verib
Sağlamlıq
12:12
Emin Mahmudov millidə karyerasını başa vurmaq qərarına gəlib
Futbol
12:10
Azərbaycanda taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi modeli tətbiq olunacaq
Biznes