Azərbaycanda 11 bankın bağlanması nəticəsində 4 200 əməkdaş iş yerini itirib
Maliyyə
- 10 mart, 2017
- 09:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 10 mart. REPORT.AZ/ "Azərbaycanın bank sektoru çətin dövrünü yaşayır".
"Report" xəbər verir ki, bunu "Şəffaflığa doğru birlikdə" mövzusunda keçirilən vergi konfransında çıxış edən "Rabitəbank" ASC-nin İdarə Heyətinin sədri Elçin Qədimov deyib.
E.Qədimovun sözlərinə görə, 11 bankın bağlanması nəticəsində 4 200 nəfər bank əməkdaşı iş yerini itirib: "Bazar faizi anlayışının tətbiq edilməsi kredit faizlərinə təsir edir. Biz təklif edirik ki, ya bu tətbiq edilməsin, ya da həmin bank üzrə son 30 gündə verilən kreditlərə görə bazar faizi anlayışı tətbiq edilsin".
"Rabitəbank" sədri təklif edib ki, kommersiya banklarının SWIFT, "Visa" və "Mastercard" təşkilatlarından aldığı xidmətlər ƏDV-dən azad edilsin.
Son xəbərlər
08:52
Video
Türkiyədə keçirilən əməliyyatlarda 12 nəfər saxlanılıb
Region
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr