Azərbaycan xarici yardımları 74 %-ə yaxın artırır

Maliyyə
  • 23 oktyabr, 2026
  • 14:11
Azərbaycan xarici yardımları 74 %-ə yaxın artırır

2027-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 33 milyon manatı və yaxud 0,1 %-i xarici yardımların payına düşəcək.

"Report" bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 73,7 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat, büdcə xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.

44 filmi