Azərbaycan Əmanətlərin Sığortalanması Fondu “Dəmir Bank”ın işçilərinin tələblərinin ödənilməsinə başlayır
Maliyyə
- 26 iyul, 2019
- 06:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Dəmir Bank” ASC-nin kreditorlarına müraciət edib.
“Report”un məlumatına görə, müraciətdə bildirilir ki, “Banklar haqqında” qanuna əsasən, Bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki 6 aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri üzrə ödəniş iyulun 29-dan başlanacaq.
Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək. Bununla bağlı Fondun Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə (bank rekvizitlərini göstərməklə) müraciət etmək lazımdır.
Son xəbərlər
10:04
Bakıda oktyabrda avtobusla 54 milyona yaxın sərnişin daşınıb
İnfrastruktur
10:01
Foto
Bakıda Azərbaycan və İtaliya hərbi ekspertlərinin iştirakı ilə təlim keçirilib
Hərbi
10:00
Foto
Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilir
Daxili siyasət
09:57
Foto
Macarıstan "ASAN xidmət"in könüllülük konsepsiyasını öyrənmək istəyir
Xarici siyasət
09:50
Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır
Energetika
09:47
Foto
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb - Faktiki hava
Ekologiya
09:41
Dünya Bankı: Avropada borcun artması fonunda Azərbaycan xarici borcunu azaldıb
Maliyyə
09:39
Azərbaycan Basketbol Liqasında VI tura bir oyunla start veriləcək
Komanda
09:35
Bakıda yeraltı dayanacaqdan çıxan avtomobil 71 yaşlı qadını vuraraq öldürüb
Hadisə