Voleybol üzrə Azərbaycan millisi dünya çempionatına məğlubiyyətlə başlayıb
Komanda
- 29 sentyabr, 2018
- 08:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandası bu gün Yaponiyada start götürən dünya çempionatına məğlubiyyətlə başlayıb.
“Report” xəbər verir ki, C qrupunda yer alan yığma ilk turda ABŞ kollektivinə uduzub - 0:3 (27:29; 21:25; 21:25).
Faiq Qarayevin rəhbərlik etdiyi komanda sentyabrın 30-da Cənubi Koreya, (Bakı vaxtı ilə saat 11:10), oktyabrın 2-də Rusiya (08:40), ertəsi gün Trinidad və Tobaqo (08:40), ayın 4-də Tailand (11:10) yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, qadınlar arasında voleybol üzrə dünya çempionatı 24 milli yığma komandanın iştirakı ilə sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyanın 6 şəhərində keçiriləcək.
Son xəbərlər
08:31
Koalisiya qüvvələri husilərin ballistik raketini vurub
Digər ölkələr
08:17
Ceyhun Bayramov: Parlaq zəfər xalqımızın birliyinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür
Daxili siyasət
08:12
XİN: Zəfər Günü milli həmrəyliyimizin, dövlətçilik iradəmizin və gələcəyə olan inamımızın rəmzidir
Daxili siyasət
08:05
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
Daxili siyasət
07:48
Çində yeni qurbağa növü aşkarlanıb
Maraqlı
07:11
"İnter Mayami" MLS-də "Şarlott"la heç-heçə edib
Futbol
06:48
SEPAH ballistik raketlərin uçuş məsafəsinə qoyulan məhdudiyyəti ləğv edib
Region
06:26
Qızılın qiyməti oktyabrda son 18 ilin ən kəskin aylıq enişini yaşayıb
Maliyyə
05:56
Çilidə avtobusun yük maşını ilə toqquşuması 12 nəfərin ölümünə səbəbə olub
Digər ölkələr