"Neftçi" FIBA Avropa Kubokunun qrup mərhələsində dördüncü oyununu keçirib

Komanda
  • 28 oktyabr, 2026
  • 19:44
Neftçi FIBA Avropa Kubokunun qrup mərhələsində dördüncü oyununu keçirib

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsində dördüncü oyununu bu gün keçirib.

"Report"un məlumatına görə, müntəzəm mövsümün IV turunda "Oradya"nı (Rumıniya) qəbul edən "ağ-qaralar" 83:99 hesabı ilə uduzublar.

Qarşılaşma Bakı İdman Sarayında baş tutub.

Xatırladaq ki, "Neftçi" H qrupunda keçirdiyi əvvəlki üç görüşdə də məğlub olub. Komanda daha əvvəl "Fribur Olimpik"ə (İsveçrə) 73:78, Yunanıstan təmsilçisi "Mikonos"a 58:78 və Latviyanın VEF kollektivinə 94:110 hesabı ilə uduzub.

44 filmi