Azərbaycanın basketbol milliləri təlim-məşq toplanışının ikinci mərhələsinə start verib
Komanda
- 18 iyun, 2024
- 14:17
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın 16 və 18 yaşadək oğlan basketbolçulardan ibarət milliləri Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışının ikinci mərhələsinə start veriblər.
Azərbaycan Basketbol Federasiyasından "Report"a verilən məlumata görə, hazırlıq prosesi çərçivəsində U-16 millimiz artıq bir yoxlama oyunu da keçirib. Komanda A divizionunda çıxış edən Gürcüstanın U-16 seçməsinə 58:40 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, təlim-məşq toplanışının ikinci mərhələsi 23 iyuna qədər davam edəcək. U-16 yığmamız iyulun 9-14-də Albaniyanın paytaxtı Tiranada, U-18 millimiz isə iyulun 23-28-i aralığında Elbasan şəhərində keçiriləcək Avropa çempionatının C divizionunun oyunlarında iştirak edəcək.
Son xəbərlər
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region
00:52
Serbiya RSK parlament seçkilərinin nəticələrini təsdiqləyib
Digər ölkələr
00:10
Zelenski: Ukrayna ABŞ-nin vəd etdiyi 16 milyard dollarlıq yardımı almayıb
Digər ölkələr
00:04
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
Digər ölkələr
00:00
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
Fərdi