Azərbaycan Voleybol Federasiyası növbəti seçimlərini Sumqayıtda həyata keçirib
Komanda
- 18 yanvar, 2026
- 12:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçular arasında seleksiya prosesini davam etdirir.
"Report" AVF-yə istinadən xəbər verir ki, "Seçim günü" çərçivəsində növbəti seçimlər Sumqayıt şəhərində həyata keçirilib.
Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma Sumqayıt və Şərqi Zəngəzur Regional Voleybol Klublarında məşq edən 2012–2013-cü il təvəllüdlü qız voleybolçuların hazırlıq səviyyəsi ilə tanış olub.
Seçim mərhələsini uğurla keçən idmançılar yeniyetmələrdən ibarət milli komandaya cəlb olunacaqlar. Növbəti "Seçim günü" yanvarın 24-də Gəncədə keçiriləcək.
Son xəbərlər
20:49
Foto
Azərbaycan komandası FIFA U-15 dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
Futbol
20:45
Foto
Goranboyda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə
20:27
Türkiyədə narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyatlarda 17 nəfər həbs edilib
Region
20:25
Dronlar Omskdakı "Ozon" logistika mərkəzinə hücum edib
Region
20:14
Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb
Fərdi
20:09
İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir - Yenilənib
Futbol
19:48
Foto
FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - Yenilənib
Futbol
19:40
İordaniyada kilsədə törədilən terror aktı qurbanlarının sayı artıb - Yenilənib
Digər ölkələr
19:34
Foto
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir
Futbol