Azərbaycan Super Liqası: Bütün mükafatçılar bəlli olub
Komanda
- 13 aprel, 2022
- 15:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XI turun oyunları keçirilib.
"Report"un məlumatına görə, turun ilk matçında "Abşeron" "Azərreyl"i 3:0 (25:23, 27:25, 25:19) hesabı ilə məğlub edib.
Digər görüşdə isə "Murov" UNEC-ə eyni hesabla qalib gəlib - 3:0 (25:15, 25:11, 25:18). Bununla da komanda sona 1 tur qalmış bürünc medalı təmin edib. Qızıl medala "Abşeron", "gümüş"ə isə "Azərreyl" sahib çıxıb.
Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.
Qeyd edək ki, 11 turdan sonra "Abşeron" 33 xalla turnir cədvəlinə başçılıq edir. 17 xalı olan "Azərreyl" 2-ci, 11 xalı olan "Murov" 3-cüdür. UNEC isə 5 xalla sonuncu pillədə qərarlaşıb.
Son xəbərlər
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region