Azərbaycan Basketbol Liqası: IV turun daha iki oyunu bu gün keçiriləcək
Komanda
- 25 oktyabr, 2025
- 09:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Basketbol Liqasında IV turun daha iki oyunu bu gün keçiriləcək.
"Report"un məlumatına görə, ilk olaraq "Sərhədçi" "Naxçıvan"la üz-üzə gələcək.
B qrupunun qarşılaşması saat 14:00-da start götürəcək. "Sərhədçi" 4 xalla beşinci, Naxçıvan klubu 5 xalla dördüncü pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Neftçi" "Abşeron Lions"la münasibətlərə aydınlıq gətirəcək. A qrupunun matçı saat 18:00-da başlayacaq. "Abşeron Lions" bu qrupda 6 xalla ikinci, rəqiblərindən bir oyun az keçirən "ağ-qaralar" 3 xalla dördüncüdür.
Qeyd edək ki, tura oktyabrın 26-da yekun vurulacaq. Əvvəlki matçlarda "Sabah" "Gəncə"ni (87:68), "Lənkəran" "Quba"nı (102:87), "Ordu" "Sumqayıt"ı (116:81) məğlub edib.
Son xəbərlər
09:47
Nikol Paşinyan Brüsselə yollanıb
Region
09:37
Foto
Ramin Məmmədov Şərurda məscidləri ziyarət edib
Din
09:25
"Xilasedici" komandası CEV Çempionlar Liqasında mübarizəyə başlayır
Komanda
09:23
Nepalda iki helikopter toqquşub, ölən və yaralanan var
Digər ölkələr
09:08
CEV Çempionlar Liqası: "Turan" III təsnifat mərhələsində ilk oyununa çıxacaq
Komanda
09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.11.2026)
Maliyyə
09:00
UEFA Çempionlar Liqası: IV tura 9 oyunla start veriləcək
Futbol
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.11.2026)
Maliyyə
08:41
Foto
Video
Floridada təyyarə qəzasında milyonçu və ailəsi həlak olub - Yenilənib-2
Digər ölkələr