Azərbaycan və Qırğızıstan birgə inkişaf fondunun nizamnamə kapitalını 200 milyon dollara qədər artıracaq

İqtisadiyyat
  • 31 iyul, 2026
  • 09:33
Azərbaycan və Qırğızıstan birgə inkişaf fondunun nizamnamə kapitalını 200 milyon dollara qədər artıracaq

Azərbaycan və Qırğızıstan Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalının 200 milyon dollara qədər artırılması barədə razılığa gəlib.

"Report"un Qırğızıstana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata birgə bəyanatında bildirib.

"Biz bu gün birgə Azərbaycan-Qırğızıstan İnvestisiya Fondunun maliyyə tərkibini iki dəfə - 200 milyon dollaradək artırmaq barədə razılığa gəldik. Əminəm ki, bu da son hədd deyil, çünki fondun fəaliyyəti ilə bağlı bizə təqdim olunan həmin təqdimat onun konkret məzmunla dolduğunu göstərir", - İlham Əliyev əlavə edib.

44 filmi