WUF13-də biznesin inklüziv və dayanıqlı şəhərlərin yaradılmasında rolunun müzakirəsinə başlanılıb
- 19 may, 2026
- 16:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) "Şəhər dəyər zənciri fəaliyyətdə: inklüziv, ağıllı və dayanıqlı şəhərlər naminə biznes liderliyi" adlı panel sessiyası başlayıb.
"Report"un məlumatına görə, müzakirə özəl sektorun liderliyinin şəhər mühitinin hərtərəfli inkişafına necə töhfə verə biləcəyi ilə bağlı məsələləri əhatə edir.
Əsas müzakirə mövzuları əlçatan mənzil, şəhər planlaması, "yaşıl tikinti", "PropTech" texnologiyaları, süni intellekt, enerji səmərəliliyinin artırılması və şəhər xidmətlərinin təkmilləşdirilməsi sahəsində innovativ yanaşmaları ilə bağlı olacaq.
Panel sessiyasının iştirakçıları praktiki nümunələrə və sektorlararası əməkdaşlıq təcrübəsinə əsaslanaraq mənzil əlçatanlığının yaxşılaşdırılmasına, ekoloji standartların yüksəldilməsinə və şəhərlərin uzunmüddətli dayanıqlığının təmin edilməsinə yönəlmiş miqyaslı modellər və investisiya baxımından cəlbedici strategiyalar təqdim edəcəklər.