EIB Naxçıvanda dəmir yoluna investisiya imkanını nəzərdən keçirir

İnfrastruktur
  • 21 oktyabr, 2026
  • 12:51
EIB Naxçıvanda dəmir yoluna investisiya imkanını nəzərdən keçirir

Avropa İnvestisiya Bankı (EIB) Naxçıvanda dəmir yolu kimi bir sıra konkret layihələr daxil olmaqla, Azərbaycanın nəqliyyat bağlantısı sahəsində investisiya imkanlarını nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə EIB Qrupunun Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri Stella Renita Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan biznes forumunda bildirib.

"Hazırkı mərhələdə bank bağlantı sektorunda investisiya imkanlarını və Naxçıvanda dəmir yolu kimi bir sıra konkret layihələri araşdırır", - o qeyd edib.

Onun sözlərinə görə, bağlantı təkcə nəqliyyat infrastrukturunu deyil, həm də energetika və rəqəmsal sektorları əhatə edir.

Xüsusən də, EIB Qara dənizin rəqəmsal bağlantısı layihəsində, həmçinin Xəzər dənizi - Qara dəniz Yaşıl Enerji Dəhlizi layihəsində iştirak imkanını nəzərdən keçirir.

S.Renita əlavə edib ki, EIB həmçinin yerli banklar vasitəsilə kreditləşdirmə yolu ilə özəl sektoru da dəstəkləyir.

Azərbaycanda təxminən 120 müəssisə artıq bank tərəfindən maliyyələşdirilib.

44 filmi