Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb
İnfrastruktur
- 17 oktyabr, 2026
- 10:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yükdaşımaları 13 milyon 882 min ton təşkil edib.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 374,8 min ton və ya 11 % çoxdur.
2026-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 183 milyon 72,9 min ton yük daşıyıb. Azərbaycanda ümumi yük daşımaların 7,6 %-i dəmir yolunun payına düşüb.
Hesabat dövründə nəqliyyat və anbar təsərrüfatı sektorunda 12 milyard 816,6 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10 % çox gəlir əldə edilib.
Son xəbərlər
18:39
Foto
Binə Atçılıq Mərkəzində cıdır mövsümünə yekun vurulub
Fərdi
18:21
El-Ninyo Kaliforniya sahillərinə tropik balıqları, köpəkbalıqlarını və dəniz ilanlarını gətirib
Digər ölkələr
18:17
Anthropic: Süni intellekt ABŞ iqtisadiyyatını 2030-cu ilədək 44 trilyon dollara çatdıra bilər
Digər ölkələr
17:56
Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib
Sənaye
17:53
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə qalib gəlib
Futbol
17:45
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Hadisə
17:43
Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Biznes
17:31
Azərbaycanda 9 ayda avtomobil nəqliyyatı ilə 1,8 milyarda yaxın sərnişin daşınıb
İnfrastruktur
17:29
Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar
Digər ölkələr