Azərbaycan Dövlət Dəniz Akademiyası işə qəbul elan edib

İnfrastruktur
  • 21 oktyabr, 2022
  • 10:19
Azərbaycan Dövlət Dəniz Akademiyası işə qəbul elan edib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyası “Gəmi energetik qurğuları” və “Humanitar fənlər” kafedralarına müdir vəzifələri üzrə işə qəbul elan edib.

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, namizədlər profilə uyğun peşə-ixtisas hazırlığına, elmi ad və dərəcəyə, azı 5 il elmi-pedaqoji təcrübəyə malik olmalıdır.

İddiaçılar noyabrın 20-nə qədər kadrlar uçotunun şəxsi vərəqəsini, tərcümeyi-halı, ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətlərini, elmi və elmi-metodiki işlərin siyahısını, kafedra müdirinin müvafiq struktur bölmənin inkişafı ilə bağlı platformasını, eləcə də rektorun adına yazılmış ərizəni Akademiyanın əsas binasına (Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 18 üvnanına) təqdim etməlidirlər.