"Azərbaycan Dəmir Yolları" sərnişin daşınmasından gəlirini 8% artırıb
İnfrastruktur
- 05 mart, 2018
- 11:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 mart. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC 2017-ci ildə daxili imkanları hesabına 4 ədəd TEM-2 seriyalı manevr teplovozu alıb.
"Report"un məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, dövlət şirkəti ötən il yük daşınmasından 265,1 mln. manat, sərnişin daşınmasından isə 14,2 mln. manat gəlir əldə edib. Bu isə 2016-cı illə müqayisədə 0,5% və 7,6% çoxdur.
"Ötən il xarici investisiyalar hesabına maliyyələşdirilən layihələr çərçivəsində dəmir yollarının inkişafına 548,45 mln. manat investisiya yönəldilib. Bakı-Böyük Kəsik sahəsində 227,6 km yol əsaslı təmir edilib", - deyə hesabatda qeyd olunub.
Son xəbərlər
05:29
"Bild": Hakerlər Almaniyada partiyaya aid 420 mindən çox elektron məktubu oğurlamış ola bilərlər
Digər ölkələr
04:49
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Digər ölkələr
04:24
Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirilə bilər
Digər ölkələr
03:57
Vens Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb
Digər ölkələr
03:22
UEFA FIFA-dan İnfantinonun yeni şirkət yaratmaq təşəbbüsü ilə bağlı izahat tələb edib
Futbol
02:45
ABŞ-də məsciddə atışma olub, ölən və yaralanan var
Digər ölkələr
02:11
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib
Digər ölkələr
01:44
Foto
Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Xarici siyasət
01:27
Yaponiya Marsın peyki Fobosdan torpaq nümunələri gətirmək üçün kosmik aparat buraxıb
Digər ölkələr