"Air Astana" Bakıya uçuşları məhdudlaşdırdı
İnfrastruktur
- 06 mart, 2020
- 11:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstanın "Air Astana" şirkəti ölkənin paytaxtı Nur-Sultandan Bakıya birbaşa uçuşları dayandırıb, digər şəhər Almatıdan Bakıya uçuşların sayını isə 3 dəfə azaldıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə aviaşirkətin satış direktoru İslam Sekerbəkov məlumat verib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum koronavirus təhlükəsi ilə əlaqədar bir sıra beynəlxalq aviareyslərin istiqamətlərinə dəyişiklik edib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabr ayında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 93 ölkə və regionu əhatə edir. Dünyada koronavirusa yoluxanların sayı 100 162-ə çatıb.
Son xəbərlər
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region
05:26
"Reuters": Ukrayna və ABŞ-nin "Starshield"dən istifadə ilə bağlı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır
Digər ölkələr
04:57
Rubio: Vens prezident seçkilərində iştirak etsə, onu dəstəkləyəcəyəm
Digər ölkələr