553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

İnfrastruktur
  • 21 oktyabr, 2026
  • 17:34
553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Hökməli – Puta yolunda (Çingiz Mustafayev küçəsi) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, məhdudiyyət səbəbindən 567 nömrəli müntəzəm marşrutun hərəkəti Qobu qəsəbəsinin Sona Salmanova küçəsi ilə, 553 nömrəli marşrutun hərəkəti isə "Yeni məhəllə" adlanan ərazi ilə təşkil edilib.

44 filmi