Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinə iki müavin təyin edilib
İKT
- 05 fevral, 2018
- 11:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 fevral. REPORT.AZ/ Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin I müavini və müavini vəzifələrinə təyinat olub.
“Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən Əli İzzət oğlu Abdullayev nazirin I müavini, Elmir Tofiq oğlu Vəlizadə isə nazir müavini təyin ediliblər.
İndiyə qədər nazir müavini olan İltimas Məmmədov isə tutduğu vəzifədən azad edilib. Onun yerinə təyinat olmayıb.
Xatırladaq ki, dövlət başçısının 13 fevral 2017-ci il tarixli sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
Son xəbərlər
09:47
Azərbaycanın bəzi yerlərində leysan yağır - Faktiki hava
Digər
09:41
Dünya Bankı: Avropada borcun artması fonunda Azərbaycan xarici borcunu azaldıb
Maliyyə
09:39
Azərbaycan Basketbol Liqasında VI tura bir oyunla start veriləcək
Komanda
09:35
Bakıda yeraltı dayanacaqdan çıxan avtomobil 71 yaşlı qadını vuraraq öldürüb
Hadisə
09:30
Azərbaycan UEFA reytinqində 24-cü pillədəki mövqeyini qoruyub
Futbol
09:26
Foto
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
Energetika
09:23
Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb
Hadisə
09:13
Azərbaycan Premyer Liqasında XI tura start verilir
Futbol
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.11.2026)
Maliyyə