"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
- 03 noyabr, 2026
- 17:28
Yeniliklərdən dərhal xəbərdar olun!
"İnmerge Ventures" QSC nizamnamə kapitalını 3,4 milyon manat və yaxud 2 dəfə artıraraq 6,8 milyon manata çatdırmağı planlaşdırır.
"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, kapital artımı qurumun dövriyyədə olan 3,4 milyon ədəd səhminin nominal dəyərinin 1 manatdan 2 manata çatdırılması hesabına baş tutacaq.
Xatırladaq ki, "İnmerge Ventures" 2024-cü ilin oktyabr ayında Bakıda "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə keçirilmiş "INMerge 2024" İnnovasiya Sammiti çərçivəsində yaradılıb. Onun təsisçiləri holdinqlə yanaşı, İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, "Trendyol Group"dur.