“Aztelekom”da kadr dəyişikliyi baş verib
İKT
- 23 avqust, 2022
- 10:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin Sumqayıt Telekommunikasiya Qovşağının (TKQ) və “Şimal-Şərq Regional Filialı"nın müdiri Nəriman Salmanov vəzifəsindən azad edilib.
“Report”un əldə etdiyi məlumata görə, onun yerinə Nazim Əliyev təyin olunub.
O, bu təyinata qədər nazirliyə məxsus "Bakı Telefon Rabitəsi" MMC-nin (“Baktelekom”) 1 saylı rabitə xidmətləri mərkəzinin rəisi işləyib.
Bundan başqa, “Aztelekom”un “Cənub Regional Filialı” yaradılıb və filiala rəhbərlik Salyan Telekommunikasiya Qovşağının rəisi Elxan Kərimova həvalə edilib. Onun indiyəqədərki vəzifəsinin icrası isə müvəqqəti olaraq müavinə tapşırılıb.
Son xəbərlər
15:48
Elnur Məmmədov: "Açıq suda üzmə üzrə beynəlxalq yarışın ölkəmizdə keçirilməsi Azərbaycana etimadın göstəricisidir"
Fərdi
15:43
DİN: Bu ilin 9 ayı ərzində 146 cinayətkar qrup zərərsizləşdirilib
Hadisə
15:42
Bu ilin 9 ayı ərzində 6 tondan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb
Hadisə
15:42
Bu ilin 9 ayı ərzində axtarışa verilən şəxslərin 87 faizi tutulub
Hadisə
15:40
Bu ilin 9 ayı ərzində 22 804 cinayət törədilib
Hadisə
15:39
İrəvandan Minvodıya uçan təyyarə qəza siqnalı verib
Region
15:39
Foto
DİN-də kollegiya iclası keçirilib
Daxili siyasət
15:34
Foto
Əli Əsədov Gürcüstanda işgüzar səfərdədir
Xarici siyasət
15:32
Foto
"AZCON Holding"in icraçı direktoru Şahin Babayev Çinin "COVEC" şirkətinin nümayəndə heyəti ilə görüşüb
Sənaye