Azərbaycandakı internet trafikində botların payı oktyabrda 27 %-dən çox azalıb

İKT
  • 02 noyabr, 2026
  • 11:14
Azərbaycandakı internet trafikində botların payı oktyabrda 27 %-dən çox azalıb

Bu ilin oktyabr ayında Azərbaycandakı internet trafikinin 76,65 %-i insanların payına düşüb.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, sentyabr ayına nisbətən 8,71 faiz bəndi çoxdur.

Hesabat ayında botların bazar payı müvafiq olaraq 23,35 % təşkil edib. Onların bazar payı əvvəlki aya nisbətən 8,71 faiz bəndi və ya 27,2 % azdır.

Oktyabrda qlobal internet trafikinin 72,2 %-i insanların, 27,8 %-i isə botların payına düşüb.

44 filmi