İsmayıl Dəmir: "PUA-lardan Qarabağdakı haqq mübarizəsində istifadə olunarkən sanksiyalarla üzləşdik"

Hərbi
  • 12 mart, 2022
  • 11:35
İsmayıl Dəmir: PUA-lardan Qarabağdakı haqq mübarizəsində istifadə olunarkən sanksiyalarla üzləşdik

“Türkiyə istehsalı olan zərbə PUA-larından bir çox yerlərdə, o cümlədən İkinci Qarabağ müharibəsində istifadə olunub”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir deyib.

“Bu PUA-lardan haqq mübarizələrində istifadə edərkən sanksiyalarla üzləşdik. İndi isə zərbə PUA-larını tərifləyirlər. Bu, ikili standartların ən bariz nümunəsidir. Əlbəttə, həm adi, həm də zərbə PUA-larımız daha da müasirləşəcək. Biz potensialımızı artırmağa davam edəcəyik. Türkiyənin bu potensialı, əslində, NATO üzvlərini sevindirməlidir. Amma qarşılaşdığımız reaksiyaları başa düşmürük”, - o vurğulayıb.

44 filmi