Hərbi Tibb Fakültəsində "Tibbi ingilis dili" kursu keçirilir

Hərbi
  • 21 oktyabr, 2026
  • 18:08
Hərbi Tibb Fakültəsində Tibbi ingilis dili kursu keçirilir

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı" (DEEP) çərçivəsində "Tibbi ingilis dili" kursunun ikinci modulu keçirilir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, DEEP-in Bolqarstandan olan nümayəndə heyətinin iştirakı ilə keçirilən kursda dinləyicilərə döyüş meydanında tibbi ingilis dilinin istifadəsi, tapşırıqların düzgün təşkili və xüsusilə verbal (şifahi) ünsiyyət olmadan icrası, taktiki döyüş şəraitində həyat xilas etmək mövzuları ilə bağlı ətraflı məlumat verilib.

Beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi yolu ilə iştirakçıların peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunan kurs oktyabrın 24-dək davam edəcək.

44 filmi