DİN-in qadın əməkdaşı dünya çempionu olub
Hərbi
- 12 may, 2017
- 11:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 12 may. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edən gizir Günay Əliyeva Ukraynanın Xarkov şəhərində təşkil olunan Kempo Karate və Kobudo üzrə dünya çempionatının qalibi olub.
Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən bildirilib.
Artıq 12 ildir idmanın karate növü ilə məşğul olan hərbi qulluqçu “birinci dan qara kəmər” ustasıdır. 2008-ci ildə Asiya çempionu adını qazanan G.Əliyeva 2011-ci ildə Gürcüstanda keçirilən kinq-boksinq üzrə çempionatda Cənubi Qafqaz çempionu adını, həmin ildə Ukraynada keçirilən dünya çempionatında isə 3-cü yeri qazanıb. Növbəti dəfə 2015-ci ildə Avropa çempionu adını qazanıb.
Son xəbərlər
04:47
Türkiyədə onlarla qanunsuz miqrant saxlanılıb
Region
04:30
Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər
Sağlamlıq
03:52
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
Region
03:12
Albaniyada etirazçılar şəhər meriyasının binasını yandırıblar
Digər ölkələr
03:02
Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb
Formula 1
02:54
Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb
Energetika
02:28
Tramp ABŞ-nin İrana zərbələrinin bərpasını istisna etməyib
Digər ölkələr
01:45
İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
Futbol
01:06
Video
Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
Futbol