Azərbaycan Ordusunun kapitanı Türkiyədə bədbəxt hadisə nəticəsində vəfat edib
Hərbi
- 09 noyabr, 2021
- 11:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Ordusunun zabiti Türkiyədə bədbəxt hadisə nəticəsində vəfat edib.
Müdafiə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Türkiyədə komando kursunda iştirak edən hərbi qulluqçu - kapitan Quliyev Rafiq Cərulla oğlu təlim-məşqlər bitdikdən sonra şəhərdə olarkən bədbəxt hadisə baş verib.
Belə ki, ehtiyatsızlıq nəticəsində çoxmərtəbəli avtomobil dayanacağından yıxılan R.Quliyev dərhal xəstəxanaya təxliyə edilib, lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
"Müdafiə Nazirliyi həlak olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Allah rəhmət eləsin!", - nazirlikdən bildirilib.
Son xəbərlər
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region