Bakıda müəssisədə üzərinə isti su tökülən iki nəfər ölüb, cinayət işi başlanılıb
- 18 oktyabr, 2023
- 06:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Zabratda iki şəxsin bədbəxt hadisə nəticəsində ölməsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, sentyabrın 16-da Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən müəssisələrdən birində 1983-cü il təvəllüdlü Fəqan Şirinov və 2002-ci il təvəllüdlü Nahid Həsənovun üzərinə isti su tökülməsi nəticəsində almış olduqları xəsarətlərdən xəstəxanada ölmələri faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.