Xızıda fabrik sürücüsünü döyərək, öz maşını ilə 200 metr sürüyüblər
Hadisə
- 23 fevral, 2018
- 19:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Xızı. 23 fevral. REPORT.AZ/ Xızıda fabrik sürücüsünü döyərək, öz maşını ilə 200 metr sürüyüblər.
"Report"un yerli bürosunun verdiyi məluma görə, hadisə "Giləzi Quşçuluq fabriki"ndə baş verib.
Belə ki, həmin fabrikdə sürücü kimi çalışan 1955-ci il təvəllüdlü Mail Məhərrəm oğlu Əliyev bir neçə şəxs tərəfindən döyülüb. Məlumata görə, M. Əliyev fabrikdə çalışan şəxslərlə mübahisə edib.
Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Həmin şəxslər sürücünü döydükdən sonra onu öz avtomobilinə bağlayaraq, təxminən 200 metr sürüyüblər.
63 yaşlı kişi ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-a çatdırılıb. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
15:17
Florian Virts "Barselona"ya keçmək istəyir
Futbol
15:07
Xəbərdarlıq: Çaylardan sel keçəcək, dolu düşəcək
Ekologiya
14:59
Latviya müstəqilliyin bərpasının 35-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib
Xarici siyasət
14:49
Misirin Təhlükəsizlik Şurası Səudiyyə Ərəbistanına yardım barədə qərar qəbul edib
Digər ölkələr
14:32
Arif Əsədov: "Hələ əvvəlki "Qarabağ"ı görmürük, "Neftçi"də isə yaxşı mənada dəyişikliklər var"
Futbol
14:31
Əraqçi: İƏT fikir ayrılıqlarının həllində ciddi rol oynamalıdır
Region
14:21
Yaponiyada Takaiçi hökumətinə dəstəyin 50 %-dən aşağı düşdüyü bildirilib
Digər ölkələr
14:04
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Ekologiya
13:51
Video
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Xarici siyasət