Xaçmazda insan istehlakı üçün yararsız ət aşkarlanıb
Hadisə
- 27 sentyabr, 2019
- 11:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində Daxili İşlər Nazirliyinin nümayəndələri ilə birgə Xaçmaz şəhərində tədbir keçiriblər.
AQTA-dan "Report"a verilən məlumata görə, Xaçmaz rayon sakini Nicəsur Mövsümə məxsus Qara-qaşlı kənd ərazisində yerləşən fermaya baxış zamanı oradan natəmiz vəziyyətdə olan, istifadəyə tam yararsız 300 kiloqramdan artıq çəkidə at əti və kəsim üçün alınmış xəstə atlar aşkarlanaraq götürülüb.
Ətdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.
Son xəbərlər
08:46
Braziliyada Flavio Bolsonarunun çirkli pulların yuyulmasında iştirakı araşdırılır
Digər ölkələr
08:18
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur
08:13
Bu gün Nizami rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika
07:48
Yaponiyada ABŞ ilə birgə "Keen Sword" təlimləri başlayıb
Digər ölkələr
07:21
Litva qiymətlər və miqrantlara görə sakinlərin xaricə kütləvi axını ilə üzləşib
Digər ölkələr
06:53
İranın XİN başçısı yeni hücum olacağı təqdirdə ABŞ-ni cavab tədbiri ilə hədələyib
Region
06:18
Tədqiqat: Bəzi fabrik məhsulları bağırsaq xərçəngi riskini azalda bilər
Sağlamlıq
05:42
Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Digər ölkələr
05:05
Albaniyada etirazçıların polis bölməsinə hücumu nəticəsində on nəfər yaralanıb
Digər ölkələr