Tovuzda uşağı avtomobil vurub

Hadisə
  • 15 iyun, 2018
  • 17:31
Tovuzda uşağı avtomobil vurub

Tovuz. 15 iyun. REPORT.AZ/ Tovuz şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Şəhriyar küçəsində yolu keçmək 2009-cu il təvəllüdlü Tovuz rayon Əlibəyli kənd sakini Əmiraslanova Aylin Ruhin qızını avtomobil vurub.

Uşaq dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan Gəncə şəhərindəki özəl xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.